Ceyhun Ağayevdən, Kürdəmir, Azərbaycan
07 sentyabr 2012, 10:10
Hörmətli cənab Prezident!
Azərbaycan bayrağının şərəfini ləyaqətlə qoruyan xalqımızın mərd oğlu Ramil Səfərovun ölkəmizə gətirilməsində misilsiz xidmətlərinizə görə Kürdəmir poçt filialının işçiləri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Hamımız atdığınız bu addımı alqışlayırıq. Sevincimiz sonsuzdur. Bu tarixi qələbədir. Bu zəfərin sədası bütün dünyaya yayılmışdır. Bütün dünya azərbaycanlıları Sizin qətiyyətinizdən, cəsarətinizdən danışır. Düşmənlərimiz sarsıdıcı zərbə almışlar. İndi bir çox təxribatlar törətmək niyyətindədirlər. Amma biz heç nədən qorxmuruq. Bilirik ki, Sizin kimi Prezidenti olan ölkənin vətəndaşları toxunulmazdır, qorxmazdır. Bu sevinci bizə yaşatdığınız üçün Sizə bir daha minnətdarlığımızı bildiririk.
Hörmətlə,
Ağayev Ceyhun,
rayon poçt filialının rəisi.
Azərbaycan Respublikası, Kürdəmir rayonu.