logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedradan, Nikaraqua Respublikasının vitse-prezidenti Rosario Muriyodan

Text size icon-size icon-size

23 may 2023, 14:51

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz qardaşımız İlham Əliyev!

Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edir, ehtiramımızı, sevgimizi və qardaşlıq həmrəylimizi bildiririk. İnanırıq ki, birgə işləyərək ölkələrimizi dünyanın bütün xalqlarının arzuladığı daha yaxşı məkana çevirə bilərik.

Sizə dərin ehtiramımızı ifadə edirik. Əminik ki, xalqlarımızın rifahı naminə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Hörmətlə,

Daniel Orteqa Saavedra

Nikaraqua Respublikasının Prezidenti,

Rosario Muriyo

Nikaraqua Respublikasının vitse-prezidenti

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi