H.Səlimovdan, Masallı, Azərbaycan
07 sentyabr 2012, 11:10
Möhtərəm cənab Prezident!
Ordumuzun zabiti Ramil Səfərovun 31 avqust 2012-ci il tarixli Sərəncamınızla əfv edilməsi barədə xəbər Masallı “NUR-M” MMC-nin kollektivində böyük sevinc hissi doğurmuşdur. Biz Sizin bu qərarınızı bəyənir və alqışlayırıq. Bu addım Sizin vətəndaşlarınıza olan diqqət və qayğınızın təzahürüdür. Qüdrətli Prezident, qüdrətli ölkə deməkdir. Biz bunu apardığınız siyasətin timsalında əyani şəkildə görürük. Ölkəmizdə gedən sürətli inkişaf həyatımızın bütün sahələrini əhatə edir.
Azərbaycan hərtərəfli inkişafa məhz Sizin sayənizdə nail olmuşdur. Bunun üçün Sizə minnətdarıq.
“NUR-M” MMC-nin kollektivin adından dərin hörmətlə,
H.Səlimov,
Azərbaycan Respublikası, Masallı rayonu.