logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İraq Respublikasının Baş naziri Məhəmməd Şiya əs-Sudanidən

Text size icon-size icon-size

20 may 2023, 13:20

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə şəxsən öz adımdan, İraq Respublikasının hökuməti və xalqı adından Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edib dost ölkələrimiz və xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin dərinliyini ifadə edərək, Azərbaycan hökumətinə və xalqına firavanlıq və tərəqqi diləyirəm.

Ən dərin hörmət və ehtiramla,

Məhəmməd Şiya əs-Sudani

İraq Respublikasının Baş naziri

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi