Rafiq Mehrəliyevdən, Sabirabad, Azərbaycan
Text size
20 may 2023, 14:43
Hörmətli cənab Prezident!
Mən, Sabirabad rayonunun Hacıbəbir kənd sakini olaraq, suvarma suyunun düzgün şəkildə bölünməməsi haqqında Sizə müraciət etmişdim. Nəzərinizə çatdırım ki, Sizə olunan müraciətdən sonra aidiyyəti qurumun işçiləri bu məsələyə diqqətlə yanaşıb təsərrüfatlarımızın suvarılmasına şərait yaratdılar. Hazırda, ümumilikdə 34 hektar təsərrüfat sahələrimizdə buğda, pambıq, yonca bitkiləri suvarılmışdır.
Kənd sakinləri, eləcə də fermerlər adından Sizə dərin minnətdarlığımızı bildirirəm.
Hörmətlə,
Mehrəliyev Rafiq Əliyağa oğlu
Azərbaycan Respublikası, Sabirabad rayonu, Hacıbəbir kəndi.