İntiqam Qasımovdan, Bakı, Azərbaycan
20 may 2023, 12:30
Çox hörmətli cənab Prezident.
Azərbaycan ədəbiyyatı və incəsənəti sahəsindəki çoxillik fəaliyyətimi, 100 yaşlı "Azərbaycan" jurnalında ədəbi işçilikdən baş redaktor vəzifəsinə qədər 47 illik fasiləsiz fəaliyyətimi yüksək qiymətləndirərək məni Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Mədəniyyətimizin inkişafı, xalq arasında geniş yayılması 55 illik fəaliyyətim boyu mənim ən əsas məqsədim, həyat prinsipim olmuşdur. Bu yolda bilik və bacarığımı heç zaman əsirgəməmişəm. Fəaliyyətimə görə Sizin tərəfinizdən belə yüksək mükafatla dəyərləndirilməyim məni bundan sonra ölkəmiz, xalqımız naminə daha əzmlə işləməyə ruhlandırır.
Bir daha çox sağ olun, cənab Prezidentim.
Sizə möhkəm cansağlığı, Azərbaycanın daha da inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar və daha parlaq qələbələr arzu edirəm.
Hörmətlə,
Qasımov İntiqam, “Azərbaycan” jurnalının baş redaktoru, Əməkdar incəsənət xadimi.
Azərbaycan Respublikası, Bakı şəhəri.