Fizuli Dövlətovdan, Cəlilabad, Azərbaycan
19 may 2023, 16:30
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Sürətlə inkişaf edən Azərbaycanın qazandığı uğurlar hər bir azərbaycanlını qürurlandırır. Əldə edilən nailiyyətlərimizin hamısı Sizin adınızla bağlıdır. Biz Sizinlə fəxr edirik. Məhz Sizin qətiyyətiniz sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan xalqı əmindir ki, bundan sonra da ölkəmiz Sizin rəhbərliyinizlə yeni zirvələr fəth edəcəkdir.
Cənab Prezident, əldə etdiyiniz zəfərlərlə Azərbaycanımıza, o cümlədən Qarabağımıza yeni nəfəs, yeni həyat bəxş edirsiniz. Aparılan bərpa, yenidənqurma işləri bizdə iftixar hissi doğurur. Sizə sonsuz minnətdarıq və yeni uğurlar arzulayırıq.
Siz qüdrətli ölkənin qətiyyətli Liderisiniz, xalqımız da hər zaman Sizin yanınzdadır.
Hörmətlə,
Dövlətov Fizuli.
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Ocaqlı kəndi.