Vüsal Hüseynovdan, Göyçay, Azərbaycan
Text size
18 may 2023, 14:55
Hörmətli cənab Prezident.
Brüsseldə Ermənistan tərəfi ilə görüşünüzdə Azərbaycan Respublikasının dövlət maraqlarını yüksək səviyyədə müdafiə etdiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Siz Azərbaycan Respublikasını beynəlxalq arenada hər zaman layiqli şəkildə təmsil edirsiniz.
Doğma və müasir müstəqil Azərbaycanımızın inkişafı üçün gördüyünüz bütün işlərə görə Sizə təşəkkür edirəm. Sizin kimi dövlət rəhbərimizin olduğu üçün qürur duyuram.
Siz Azərbaycan xalqına çox qayğı göstərmisiniz və bu xalqı çox sevirsiniz. Xalq da Sizi sevir!
Hörmətlə,
Hüseynov Vüsal.
Azərbaycan Respublikası, Göyçay şəhəri.