Səbinə Quliyeva və Arzu Mustafayevdən, Bakı, Azərbaycan
17 may 2023, 12:02
Hörmətli cənab Prezident.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müasir müstəqil Azərbaycanın mədəniyyət siyasəti son illər Sizin sayənizdə daha geniş miqyasda həyata keçirilməkdədir.
Mədəniyyət və incəsənət xadimləri ilə bağlı sərəncamlarınız bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına həqiqətən böyük qayğı var.
Bu qəbildən olan növbəti sərəncamınızla əməyimizə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Əmin edirik ki, mədəniyyət və incəsənət xadimləri Sizin siyasi kursunu dəstəkləyir, Azərbaycanın uğurlu gələcəyi, mədəniyyətimizin inkişafı üçün əllərindən gələni əsirgəmirlər.
Bir daha çox sağ olun, cənab Prezident!
Hörmətlə,
Quliyeva Səbinə
Mustafayev Arzu, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin artistləri.
Azərbaycan Respublikası, Bakı şəhəri.