Vüsalə Əsgərlidən, Bakı, Azərbaycan
16 may 2023, 13:10
Hörmətli Prezidentimiz, cənab Müzəffər Ali Baş Komandanımız.
Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı azad etməklə Siz ölkəmizin tarixini qızıl hərflərlə yazdınız. Sizin siyasətiniz nəticəsində Azərbaycan dünyada söz sahibinə malik nüfuzlu ölkəyə çevrilib. Vətəndaşların qayğısına qalmaq Sizin üçün ən ümdə məsələ olsa da, şəhid ailələrinə göstərilən diqqət ölçüyəgəlməzdir.
Mən Azərbaycan Respublikasının ərazi bütövlüyü, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizədə şəhid olmuş Tural Əsgərlinin həyat yoldaşıyam. Şəhid ailələrinə və qazilərə göstərdiyiniz qayğı və diqqət daim xalqımız tərəfindən yüksək qiymətləndirilir. Mən də şəhid ailəsi kimi bu qayğı ilə əhatə edilmişəm və mənzillə təmin olunmuşam.
Bu diqqət və qayğınıza diqqətinizə görə Sizə minnətdarıq, cənab Prezident. Biz daim Sizi dəstəkləyəcəyik!
Hörmətlə,
Əsgərli Vüsalə Etibar qızı, şəhid ailəsi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi.