İlham Əliyev Qəbələdə Karvansaray otel kompleksinin tikintisinin gedişi ilə tanış olmuşdur
Text size
10 sentyabr 2012, 18:10
Prezident İlham Əliyev Qəbələdə Karvansaray otel kompleksinin tikintisinin gedişi ilə tanış olmuşdur.
Dövlət başçısı kompleksin texniki göstəricilərini əks etdirən stendlərə baxdı.
Məlumat verildi ki, ümumi sahəsi 19 min 700 kvadratmetr olan kompleksdə 450 nəfərlik restoran, trenajor, fitnes zalları fəaliyyət göstərəcəkdir. Burada, həmçinin hovuz, fəvvarələr kompleksi, avtomobil dayanacağı da yaradılacaqdır. Bir hissəsi üç, digər hissəsi isə dörd mərtəbədən ibarət olacaq kompleksin tikintisinin gələn ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulmuşdur.
Dövlət başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.