İlham Əliyev “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidentini qəbul edib
11 may 2023, 11:20
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də “Total Energies” şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Nikolas Terrazı qəbul edib.
Görüşdə SOCAR ilə “Total Energies” arasında uzun illər ərzində uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. “Abşeron” qaz yatağında yaxın aylarda nəzərdə tutulan hasilatın başlanılması məsələsi müzakirə olundu.
Nikolas Terraz “Total Energies” şirkətinin Azərbaycanla əməkdaşlığa sadiqliyini və davamlı marağını vurğulayaraq, ölkəmizdəki fəaliyyətlərini genişləndirmək niyyətində olduqlarını bildirdi.
Söhbət zamanı ənənəvi neft və qaz sahəsində əməkdaşlıqdan əlavə bərpaolunan enerji istehsalı sahəsində də mümkün layihələr barədə fikir mübadiləsi aparıldı.