logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

İlham Əliyev Qəbələ Mədəniyyət Evinin yeni tikilmiş binasında son tamamlama işlərinin gedişi ilə tanış olmuşdur

Text size icon-size icon-size

10 sentyabr 2012, 17:50

Prezident İlham Əliyev Qəbələ Mədəniyyət Evinin yeni tikilmiş binasında görülən son tamamlama işlərinin gedişi ilə tanış olmuşdur.

Əvvəlcə dövlət başçısı Mədəniyyət Evinin tikintisini və tam hazır olduqdan sonrakı görünüşünü əks etdirən stendlərə, eləcə də binanın maketinə baxdı.

Sonra Azərbaycan Prezidenti Mədəniyyət Evinin teatr-konsert zalında oldu. Bildirildi ki, burada rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait vardır.

Görülən işlərlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi