“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
06 may 2023, 18:42
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 452, № 12, maddə 731; 2002, № 12, maddə 706; 2005, № 10, maddə 902; 2006, № 11, maddə 927; 2007, № 1, maddələr 1, 4, № 2, maddə 82, № 6, maddə 570, № 8, maddə 756, № 11, maddələr 1078, 1081; 2008, № 3, maddə 155, № 4, maddə 250, № 8, maddə 696; 2009, № 6, maddə 399, № 11, maddələr 877, 878; 2010, № 3, maddə 171, № 11, maddə 944; 2011, № 2, maddə 71, № 11, maddə 988; 2012, № 11, maddə 1039; 2014, № 3, maddə 238; 2016, № 2 (I kitab), maddə 193, № 6, maddələr 982, 1018; 2017, № 12 (I kitab), maddə 2243; 2018, № 3, maddə 397, № 12 (I kitab), maddə 2473; 2020, № 7, maddə 828; 2021, № 5, maddə 433, № 8, maddə 902; 2022, № 12, maddə 1368) 7.1-ci maddəsində “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada” sözləri “nümunəsi Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilən” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2023-cü il