Afət Verdiyevadan, Gəncə, Azərbaycan
Text size
08 may 2023, 13:04
Hörmətli cənab Prezident.
Mən Gəncə sakini olaraq şəhərimiz üçün gördüyünüz işləri yüksək qiymətləndirirəm. Gəncə şəhəri gündən-gündə gözəlləşir, abadlaşır, parklar, yaşıllıqlar salınır.
Mənim nəvəm serebral iflic xəstəliyindən əziyyət çəkir. Onun mütəmadi müalicəyə ehtiyacı var. Nəvəmin hər müalicəsində dövlətimizin diqqət və qayğısını öz üzərimizdə hiss edirik. Sizin ölkə səhiyyəsinin inkişafı üçün etdikləriniz vətəndaşların müayinə və müalicəsinə etibarlı zəmin yaradıb.
Allah Sizi və ailənizi qorusun, cənab Prezident.
Hörmətlə,
Verdiyeva Afət.
Azərbaycan Respublikası, Gəncə şəhəri.