Qurban Əhmədzadədən, Bakı, Azərbaycan
Text size
06 may 2023, 16:35
Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.
Bu məktubu, əslində, çoxdandır yazmaq istəyirdim, bu günə qismət oldu.
İstər İkinci Qarabağ müharibəsi, istər postmüharibə dövründə gördüyünüz işlər təqdirəlayiqdir. Hər iki mərhələnin öhdəsindən çox uğurla gəldiniz. Mən bir vətəndaş olaraq bundan qürur duyuram.
Siz dayanmırsınız, istər daxili, istərsə də xarici siyasətdə, quruculuq işlərində və sosial sahədə yeni-yeni uğurlara imza atmaqda davam edirsiniz.
Sizə təşəkkür edirəm, cənab Prezident!
Hörmətlə,
Əhmədzadə Qurban.
Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu.