Ceyhun İsmayılov və Elçin Nuriyevdən, Sabirabad, Azərbaycan
04 may 2023, 19:10
Möhtərəm cənab Prezident.
Rayonumuzu daim diqqət mərkəzində saxladığınız üçün Sabirabad sakinləri olaraq Sizə dərin minnətdarlığımızı bildirir, Allahdan uzun ömür, möhkəm cansağlığı arzu edirik.
“Sabirabad şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” 2023-cü il 1 may tarixli Sərəncamınız Sabirabad sakinlərinin ürəyincə oldu. Şəhər yolları daha intensiv istifadə edildiyindən onun yaxşı olması insanların rahatlığını daha çox təmin edir.
Rayonumuzun sosial-iqtisadi inkişafına göstərdiyiniz diqqətə, bununla əlaqədar imzaladığınız sərəncamlara, verdiyiniz tapşırıqlara, ayrılan vəsaitlərə görə bütün Sabirabadlılar adından Sizə ürəkdən “Çox sağ olun!” deyirik.
Yolunuz daim hamar, həyatınız firavan olsun!
Hörmətlə,
İsmayılov Ceyhun, Nuriyev Elçin.
Azərbaycan Respublikası, Sabirabad şəhəri.