Xalidə Quliyevadan, Sumqayıt, Azərbaycan
10 sentyabr 2012, 10:00
Çox hörmətli Prezident!
Ramil Səfərovun ömürlük həbs cəzasından azad olunması barədə qəbul etdiyiniz çox cəsarətli, mərd, ədalətli və humanist qərarınızı ürəkdən alqışlayıram. Bu gün mənim sevincimin həddi-hüdudu yoxdur. Sizin bu məharətiniz xalqımızı daha vətənpərvər ruha köklədi. Bu əməliniz mənfur düşmənimiz erməniləri dərindən sarsıdıb. İndi bütün dünya azərbaycanlıları Sizin bu işinizdən danışır, Sizə dua edirlər. Siz həmişə sözünüzü əməlinizlə təsdiq etmisiniz. Biz də bir vətəndaş kimi həmişə Sizi dəstəkləməyə hazırıq və borcluyuq. Sizə xalqımızın rifahı naminə yorulmaz fəaliyyətinizdə böyük uğurlar və möhkəm cansağlığı arzulayıram.
Hörmətlə,
Xalidə Quliyeva.
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.