Sərxan Şükürovdan, Bərdə, Azərbaycan
29 aprel 2023, 15:21
Möhtərəm cənab Prezident,
Mən, şəhid Sərvan Şükürovun atasıyam. Şəkərli diabet xəstəsi olduğuma görə bu ayın ortalarında Bərdə Rayon Mərkəzi Xəstəxanasında müalicə aldım. Xəstəxanada mənə çox gözəl qayğı, xidmət göstərdilər. Hazırda özümü yaxşı hiss edirəm.
Bu məktubu yazmağımın səbəbi odur ki, Azərbaycan vətəndaşlarına, xüsusilə şəhid ailələrinə göstərilən qayğıya, diqqətə görə Sizə öz dərin təşəkkürümü bildirəm, möhkəm cansağlığı arzulayam.
Çox hörmətli Prezidentimiz, Azərbaycan xalqının rifahının yüksəlməsində, dövlətimizin möhkəmlənməsində, millətimizin sağlamlığının qorunmasında göstərdiyiniz misilsiz əməyə görə Sizə çox-çox təşəkkür edirəm.
Allah Sizi və ailənizi qorusun, həmişə var eləsin!
Hörmətlə,
Şükürov Sərxan
Azərbaycan Respublikası, Bərdə rayonu, Kələntərli kəndi.