Azər Zeynalzadədən, Bakı, Azərbaycan
28 aprel 2023, 12:01
Möhtərəm cənab Prezident.
Ölkəmizin gəncləri hər zaman Sizin qayğınız, himayəniz altındadırlar. Sizin diqqətiniz daim Azərbaycan gənclərinin üzərindədir. Mən özüm də belə gənclərdən biriyəm. Müstəqil ölkəmizdə firavanlıq içində böyüyüb boya-başa çatmışam, ali təhsil almışam, işləyirəm.
Həmçinin bildirmək istəyirəm ki, Sizin tapşırığınız əsasında dövlət qurumlarının rəhbər şəxslərinin respublikanın şəhər və rayonlarında vətəndaşları qəbul edib dinləməsi müsbət nəticələr verir. Mənim işlə təmin olunmağımda da bunun rolu oldu.
Hazırda Yasamal rayon Heydər Əliyev Mərkəzində elmi işçi vəzifəsində çalışıram. Ümummilli Liderin adını daşıyan müəssisədə fəaliyyətimlə dövlətimiz üçün lazımi kadr olmağa çalışıram və çalışacağam.
Cənab Prezident, Sizə dərin təşəkkürümü bildirirəm.
Dərin hörmət və ehtiramla,
Zeynalzadə Azər.
Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu.