Rabil Əsgərovdan, Samux, Azərbaycan
10 sentyabr 2012, 09:05
Hörmətli cənab Prezident!
Ramil Səfərovu əfv etməklə Siz çox böyük bir iş gördünüz. Biz hələ də bu xoş hadisənin sevincli anlarını yaşayırıq. Ramilin həbsinin ölkəmizin hüdudlarından kənarda baş verməsi məsələnin həllini daha da çətinləşdirirdi. Bütün bunlara baxmayaraq, Siz Ramilin ölkəyə ekstradisiya edilməsinə nail oldunuz. Bu, Sizin qələbənizdir. Bu, Sizin beynəlxalq aləmdəki şəxsi nüfuzunuzun nəticəsidir. Biz Sizinlə fəxr edirik. Əminik ki, yaxın gələcəkdə Sizin müdrik siyasətiniz sayəsində Azərbaycanımız daha parlaq qələbələrə imza atacaqdır. Bir daha Sizə uğurlar arzulayırıq. Allahın nəzərləri daim üstünüzdə olsun!
Hörmətlə,
Əsgərov Rabil Eyvaz oğlu.
Azərbaycan Respublikası, Samux rayonu, Füzuli kəndi.