Rüxsarə Cahangirovadan, Saatlı, Azərbaycan
25 aprel 2023, 14:30
Çox hörmətli cənab Prezident.
Azərbaycan xalqının milli sərvəti və müasir müstəqil Azərbaycan dövlətinin memarı, Ulu Öndər Heydər Əliyev Azərbaycanı parçalanmaq, dağılmaq təhlükəsindən xilas etdi, beləliklə, ölkəmizdə rifahın, tərəqqinin əsası qoyuldu. Təsadüfi deyil ki, Ulu Öndər səhiyyə sahəsinin inkişafına xüsusi önəm verirdi və bunu prioritet istiqamətlərdən birinə çevirmişdi. Ümummilli Lider çıxışlarında həkimlik peşəsinin öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir iş olduğunu vurğulayırdı.
Mən ağır xəstəlikdən əziyyət çəkirəm. Bu səbəbdən tez-tez həkim müayinəsinə və müalicəyə ehtiyacım var. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xidmətindən istifadə edirəm. Xəstəxanada çalışan personaldan və onların mənə xidmətindən məmnunluğumu bildirməyi özümə borc hesab edirəm.
Cənab Prezident, ölkə səhiyyəsinə və vətəndaşların sağlamlığının qorunmasına göstərdiyiniz diqqətə görə çox sağ olun. Fürsətdən istifadə edib Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.
Yaşasın Azərbaycan!
Hörmətlə,
Cahangirova Rüxsarə, 1-ci qrup əlil.
Azərbaycan Respublikası, Saatlı şəhəri.