Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli, “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin yaradılması haqqında” 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli və “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 iyul tarixli 204 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
20 aprel 2023, 15:50
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 576; 2001, № 10, maddə 640; 2003, № 10, maddə 585; 2004, № 7, maddə 526; 2007, № 6, maddə 601; 2010, № 10, maddə 848; 2011, № 4, maddə 291; 2018, № 3, maddə 410, № 4, maddə 654; 2021, № 7, maddə 728; 2022, № 4, maddə 319; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 3 fevral tarixli 2020 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.13-cü bəndə “Agentliyi” sözündən sonra “qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi” sözləri əlavə edilsin;
1.2. 2.15-ci bəndə “7-ci maddəsinin” sözlərindən əvvəl “6-5-ci maddəsinin 1-ci, 2-ci və 4-cü hissələrində,” sözləri əlavə edilsin;
1.3. 2.16-cı bəndə “Qanunun” sözündən sonra “6-3-cü maddəsinin 4-cü hissəsinin dördüncü cümləsində və” sözləri və “Azərbaycan Respublikasının” sözlərindən əvvəl “Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində” sözləri əlavə edilsin;
1.4. 2.20-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 2.21-ci bənd əlavə edilsin:
“2.21. həmin Qanunun 6-4-cü maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Enerji Məsələlərini Tənzimləmə Agentliyi qismində Azərbaycan Respublikasının Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur.”.
2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2318; 2018, № 5, maddə 956; 2020, № 8, maddə 1041; 2021, № 8, maddə 926, № 12, maddə 1404; 2022, № 4, maddə 320, № 7, maddə 739) ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”nin 3.1.32-ci yarımbəndinə “qaydada” sözündən sonra “qaz qurğularının etibarlı istismarı sahəsi üzrə” sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 204 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1490; 2020, № 7, maddə 896; 2021, № 7, maddə 729, № 8, maddə 926, № 12, maddə 1405; 2022, № 4, maddə 321, № 7, maddələr 739, 750 ) ilə təsdiq edilmiş “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nın 3.1.3-cü yarımbəndinə “qaydada” sözündən sonra “qaz qurğularının etibarlı istismarı sahəsi üzrə” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel 2023-cü il