logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Xəyalə İsgəndərovadan, Xırdalan, Azərbaycan

Text size icon-size icon-size

19 aprel 2023, 13:30

Hörmətli cənab Prezident,

Mənim övladım Kamran İsgəndərlinin sağlamlıq imkanları məhduddur. Bir ana olaraq onun bu vəziyyətinə üzülsəm də, Allahdan ümidimi üzmürəm. Dövlətimin qayğısının müsbət nəticə verəcəyinə və övladımın qüsurunun aradan qalxacağına inamım var. Hazırda o, Sosial Xidmətlər Agentliyinin Abşeron rayonunun Xırdalan şəhərində yerləşən Sosial Xidmət Mərkəzində sosioloji, psixoloji və loqopedik dərslər alır. Mərkəzdə yaradılan şərait, vətəndaşlara göstərilən xidmət səviyyəsi bizi qane edir. Burada dərslər keçəndən sonra övladımda irəliləyiş hiss olunur. Bütün bunlar inamımı bir qədər də artırır.

Möhtərəm Prezident, sağlamlıq imkanları məhdud uşaqlara göstərilən böyük diqqət və qayğıya görə Sizə və Mehriban xanıma dərin təşəkkürümü bildirirəm.

Allah Sizdən razı olsun!

Hörmətlə,

İsgəndərova Xəyalə

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi