Zahid Əliyevdən, Bakı, Azərbaycan
19 aprel 2023, 18:00
Çox hörmətli cənab Prezident,
Mən bu minnətdarlıq məktubunu Sizə yazmağı bir vətəndaş olaraq özümə borc bildim.
Sizin respublikanın hər bir guşəsinə ayırdığınız diqqətin sayəsində hər bir şəhər və rayonumuz kimi, yaşadığım Pirallahı rayonu da abadlaşmış, gözəlləşmişdir. Bu yaxınlarda qohum-tanışlarım Pirallahıya, bizə gəlmişdilər. Onlar rayonun simasının tamamilə dəyişdiyini bildirdilər və gördüklərindən şad olduqlarını söylədilər. Abadlıq, təmizlik işləri haqqında danışdılar, görülən işləri çox bəyəndilər, razılıqlarını bildirdilər.
Cənab Prezident, bu işlər Sizin tapşırıqlarınız, diqqətiniz, ayırdığınız maliyyə vəsaitləri hesabına həyata keçirilir. Ölkə vətəndaşlarına, o cümlədən bizim rayonun sakinlərinə olan qayğınıza görə şəxsən öz adımdan və ailəm adından Sizə minnətdarlığımı bildirirəm.
Allah-Təala Sizi və dövlətimizi qorusun.
Hörmətlə,
Əliyev Zahid
Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.