Nəsimi Ələkbərovdan, Ağcabədi, Azərbaycan
18 aprel 2023, 14:37
Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizin Azərbaycan təhsilinə verdiyiniz dəyəri, eləcə də göstərdiyiniz diqqəti, qayğını görür və hiss edirik. Təhsil ocaqlarının maddi-texniki bazasının yaxşılaşdırılması, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi tədbirlərinin həyata keçirilməsi və digər işlər təhsilin səviyyəsinin yüksəlməsində müstəsna rol oynamaqdadır. Müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində görülən işlər də təqdirəlayiqdir.
Biz müəllim ordusu olaraq, Sizə yazmağı özümüzə şərəf, borc bildik. Sizi əmin etmək istəyirik ki, bizə verilən dəyərin qarşılığında həmişə Sizə, dövlətimizə və xalqımıza sadiq olacağıq.
Yaşasın “dəmir yumruq”lu İlham Əliyev!
Qarabağ Regional Təhsil İdarəsinin kollektivi adından hörmətlə,
Ələkbərov Nəsimi.
Azərbaycan Respublikası, Ağcabədi rayonu, Qaraxanlı kəndi.