İlyas Hacıyev və başqalarından, Bərdə, Azərbaycan
17 aprel 2023, 14:00
Möhtərəm cənab Prezident.
Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri də milli-mənəvi dəyərlərin, tarixi-mədəni irsin qorunması və təbliği, həmçinin beynəlxalq səviyyədə müdafiəsinə və mühafizəsinə dəstək verməkdir. Bu baxımdan Sizin mədəniyyət sahəsinin inkişafına göstərdiyiniz əvəzsiz xidmətlər danılmazdır. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq ölkəmizdə yeni idarəçilik sisteminin formalaşdırılması və düzgün kadr islahatları reallaşdırılır. Sizin tərəfinizdən kadr islahatlarının uğurla həyata keçirilməsi əlbəttə ki, idarəetmənin təkmilləşdrilməsi məqsədinə xidmət edir.
Odur ki, Bərdə rayonunda uzun illər mədəniyyət sahəsində çalışmış işçilər adından Sizə dərin təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Hacıyev İlyas Xəlil oğlu
Səfərova İradə Xasay qızı
Mirzəyeva Havva Ömər qızı
Həsənova Məlahət Müseyib qızı.
Azərbaycan Respublikası, Bərdə şəhəri.