Yalçın Fəyzizadədən, Sumqayıt, Azərbaycan
14 aprel 2023, 15:05
Hörmətli cənab Prezident,
Sizi səmimi-qəlbdən salamlayır və təşəkkürümü bildirirəm. Ölkəmizdə həyata keçirilən islahatlar xalqımızın rifah halının yüksəldilməsinə xidmət edir. Bir vətəndaş olaraq bütün bunlar bizim Sizə olan inamımızı daha da artırır.
Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan dövləti getdikcə daha da güclənir və qüdrətlənir. Hər sahədə inkişaf gedir. Qətiyyətli Lider kimi ölkəmizin nüfuzunu yüksəklərə qaldırırsınız. Bütün bunlar Sizin yorulmaz fəaliyyətinizin nəticəsidir. Var olun əziz Prezidentimiz!
Allahdan Sizə və Mehriban xanıma cansağlığı, işlərinizdə isə uğurlar arzu edirik.
Tanrı Sizi və ailənizi qorusun!
Hörmətlə,
Yalçın Fəyzizadə
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.