Vüsal Əsgərovdan, Şirvan, Azərbaycan
Text size
13 aprel 2023, 13:26
Hörmətli cənab Prezident,
Hazırda Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bu gün Azərbaycan regionun lider ölkəsidir, düşünülmüş daxili və xarici siyasəti ilə həm inkişaf edir, həm də iqtisadi sistemini təkmilləşdirir.
Hər zaman Sizin gördüyünüz işlərlə fəxr etmişik. Siz Azərbaycan adını yüksəklərə qaldırmısınız və ölkəmizi daim irəli aparırsınız.
Bütün bu işlərinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Əsgərov Vüsal
Azərbaycan Respublikası, Şirvan şəhəri.