Naiq Məmmədhəsənovdan, Tovuz, Azərbaycan
11 aprel 2023, 16:05
Hörmətli cənab Prezident.
Təməli Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş müasir müstəqil Azərbaycan dövləti Sizin rəhbərliyinizlə daha da inkişaf edib. Ölkəmizdə bütün sahələrdə, xüsusilə də məhkəmə-hüquq sistemində apardığınız uğurlu islahatlar xalqımız tərəfindən məmnunluqla qarşılanır. Bütün bunlara görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Cənab Prezident, Tovuz rayonunun kəndli sahibkarları olaraq Sizə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq. İnanırıq ki, həyata keçirdiyiniz uğurlu siyasət ölkəmizi daha da qüdrətləndirəcək, xalqımıza daha böyük xoşbəxtlik gətirəcək.
Ulu Tanrı Sizi və dövlətimizi qorusun.
Hörmətlə,
Məmmədhəsənov Naiq.
Azərbaycan Respublikası, Tovuz rayonu.