“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 825-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 29 dekabr tarixli 435 nömrəli, “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli, “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunun təsdiq edilməsi haqqında” 2003-cü il 4 avqust tarixli 911 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli və “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 21 iyun tarixli 1480 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
10 aprel 2023, 10:14
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 825-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.11-ci, 7.3-cü maddələrində, 13.5-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 15-3.2-ci, 15-3.3-cü, 22.3-cü, 31-1.1-ci, 31-1.4-cü maddələrində və 32.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
1.2. həmin Qanunun 1.1.11-ci, 7.3-cü, 15-3.3-cü və 22.3-cü (Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, habelə digər dövlət orqanlarının xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri istisna olmaqla) maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;
1.3. həmin Qanunun 29.13-cü maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər yerli icra hakimiyyəti başçılarının müavinlərinə münasibətdə isə müvafiq yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər;
1.4. həmin Qanunun 29.13-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinləri istisna olmaqla digər yerli icra hakimiyyəti başçılarının müavinlərinə münasibətdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri həyata keçirir;
1.5. həmin Qanunun 31-1.1-ci, 31-1.4-cü maddələrində və 32.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
1.6. həmin Qanunun 13.5-ci maddəsinin ikinci cümləsində (birinci halda) və 22.3-cü (Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, habelə digər dövlət orqanlarının xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəliklərinə münasibətdə) maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
1.7. həmin Qanunun 15-3.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;
1.8. həmin Qanunun 13.5-ci maddəsinin ikinci cümləsində (ikinci halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə uyğun olaraq, dövlət orqanlarının struktur qurumlarında onlara həvalə edilmiş funksiyalar nəzərə alınmaqla təminedici və yardımçı struktur bölmələrin siyahısı ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. həmin Qanunun 15-3.3-cü maddəsinə uyğun olaraq, dövlət qulluqçuları reyestrinin aparılması qaydası ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. həmin Qanunun 31-1.1-ci və 31-1.4-cü maddələrinə uyğun olaraq, dövlət qulluqçusunun rotasiyası qaydasını, rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.4. həmin Qanunun 32.5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, dövlət qulluqçusunun karyera inkişaf planının hazırlanması qaydasını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
2.5. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 825-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 435 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 28; 2002, № 8, maddə 495; 2005, № 12, maddə 1111; 2007, № 12, maddə 1241; 2008, № 5, maddə 363; 2010, № 2, maddə 80; 2017, № 8, maddə 1518; 2018, № 2, maddə 170, № 11, maddə 2249; 2019, № 1, maddə 75, № 8, maddə 1403; 2020, № 1, maddə 7, № 7, maddə 871, № 11, maddə 1348, № 12 (I kitab), maddə 1480; 2021, № 7, maddə 732, № 8, maddə 911, № 9, maddə 982; 2022, № 4, maddə 303; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 yanvar tarixli 1962 nömrəli və 14 yanvar tarixli 1979 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 3.1-ci bənddə “5.2-ci maddəsinin ikinci cümləsində” sözləri “1.1.11-ci maddəsində, 5.2-ci maddəsinin ikinci cümləsində, 7.3-cü maddəsində” sözləri ilə, “12.2-ci maddəsinin ikinci cümləsində” sözləri “13.5-ci maddəsinin ikinci cümləsində (hər iki halda)” sözləri ilə, “17.5-ci maddəsində” sözləri “17.5-ci, 22.3-cü maddələrində” sözləri ilə, “və 30-1.13-cü maddələrində” sözləri “, 30-1.13-cü, 31-1.1-ci, 31-1.4-cü maddələrində, 32.5-ci maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz olunsun və həmin bəndə “15-2.3-cü” sözlərindən sonra “,15-3.2-ci, 15-3.3-cü” sözləri əlavə edilsin;
3.2. 3.1-1-ci bənddə “5.2-ci maddəsinin ikinci cümləsində, 17.4-3-cü maddəsinin ikinci cümləsində” sözləri “1.1.11-ci maddəsində, 5.2-ci maddəsinin ikinci cümləsində, 7.3-cü, 15-3.3-cü maddələrində, 17.4-3-cü maddəsinin ikinci cümləsində, 22.3-cü (Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, habelə digər dövlət orqanlarının xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəlikləri istisna olmaqla) maddəsində” sözləri ilə əvəz edilsin;
3.3. aşağıdakı məzmunda 3.1-2–3.1-4-cü bəndlər əlavə edilsin:
“3.1-2. həmin Qanunun 29.13-cü maddəsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinə münasibətdə Azərbaycan Respublikasının Prezidenti, digər yerli icra hakimiyyəti başçılarının müavinlərinə münasibətdə isə müvafiq yerli icra hakimiyyətlərinin başçıları həyata keçirirlər;
3.1-3. həmin Qanunun 29.13-cü maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavinləri istisna olmaqla, digər yerli icra hakimiyyəti başçılarının müavinlərinə münasibətdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri həyata keçirir;
3.1-4. həmin Qanunun 15-3.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi nəzərdə tutulur;”;
3.4. 3.2-1-ci və 3.2-2-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“3.2-1. həmin Qanunun 13.5-ci maddəsinin ikinci cümləsində (birinci halda), 22.3-cü (Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, habelə digər dövlət orqanlarının xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəliklərinə münasibətdə), 22.7-2-ci maddələrində, 28.5-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsində, 28.12-ci maddəsinin üçüncü hissəsində, 29.3-cü maddəsinin birinci hissəsinin üçüncü cümləsində və 30-1.13-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;
3.2-2. həmin Qanunun 31-1.1-ci, 31-1.4-cü maddələrində və 32.5-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;
3.5. 3.3-cü və 3.23-cü bəndlər ləğv edilsin;
3.6. 3.20-ci bəndə “yuxarı” sözündən sonra “kateqoriya” sözü əlavə edilsin;
3.7. 3.21-1-ci bəndə “Qanunun” sözündən sonra “13.5-ci maddəsinin ikinci cümləsində (ikinci halda),” sözləri əlavə edilsin;
3.8. 3.22-4-cü bənddə “birinci cümləsində (ikinci halda)” sözləri “birinci cümləsində” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 584; 2003, № 8, maddə 441; 2005, № 11, maddə 1009; 2009, № 6, maddə 419; 2010, № 3, maddə 183; 2013, № 12, maddə 1506; 2015, № 2, maddə 120; 2020, № 12 (I kitab), maddə 1480; 2021, № 3, maddə 221, № 8, maddə 906; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 1 fevral tarixli 2014 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 3-cü hissəsi ləğv edilsin.
5. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 440; 2006, № 3, maddə 229, № 6, maddə 498; 2007, № 2, maddələr 86, 101, № 3, maddələr 217, 227, № 7, maddə 714, № 9, maddə 867, № 10, maddə 948, № 12, maddə 1242; 2008, № 1, maddə 9, № 3, maddələr 173, 179, № 6, maddə 499, № 8, maddələr 717, 723; 2009, № 2, maddə 66, № 6, maddələr 419, 421, 422; 2010, № 2, maddə 80, № 3, maddə 183, № 10, maddə 850; 2011, № 2, maddə 85; 2012, № 11, maddə 1078; 2013, № 3, maddə 236, № 8, maddə 901; 2014, № 9, maddə 1027; 2016, № 5, maddə 854, № 6, maddələr 1029, 1073; 2017, № 5, maddə 840, № 8, maddələr 1519, 1521; 2018, № 7 (I kitab), maddələr 1445, 1486, № 11, maddə 2287; 2019, № 1, maddə 76, № 4, maddə 655, № 6, maddə 1027, № 7, maddə 1211, № 8, maddə 1405; 2020, № 4, maddə 423, № 6, maddə 708; 2021, № 2, maddələr 121, 133, № 7, maddə 744, № 9, maddə 982; 2022, № 1, maddə 27, № 4, maddə 303; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 yanvar tarixli 1962 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda aşağıdakı dəyişikliklər edilsin:
5.1. 1.1-ci bənddə “12.1-ci” sözləri “1.1.11-ci” sözləri ilə əvəz edilsin və həmin bənddən “və vəzifələrin tutulması şərtləri” sözləri çıxarılsın;
5.2. 1.2 – 1.4-cü bəndlər aşağıdakı redaksiyada verilsin:
“1.2. İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması üçün əsasdır.
1.3. Ali kateqoriya dövlət orqanlarında inzibati və yardımçı vəzifələr tutan dövlət qulluqçularının həmin dövlət orqanlarının fəaliyyətini, dövlət qulluğu vəzifəsinin adını, qulluq funksiyalarını və vəzifənin tutulması şərtlərini özündə əks etdirən vəzifə təlimatları həmin orqanların rəhbərləri tərəfindən təsdiq edilir.
1.4. 1 – 5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci–yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə vəzifə təlimatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi ümumi şərtlərə uyğun olaraq, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən təsdiq edilir.”;
5.3. 1.5–1.8-ci bəndlər ləğv edilsin;
5.4. 1.9.23-cü yarımbəndə “köməkçisi” sözündən əvvəl “müşaviri və” sözləri əlavə edilsin;
5.5. 2.1.4-cü yarımbənd üzrə:
5.5.1. 14-cü abzasa “köməkçiləri” sözündən əvvəl “müşavirləri və” sözləri əlavə edilsin;
5.5.2. 15-ci abzasdan “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası,” sözləri çıxarılsın və həmin abzasda “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında olan icra hakimiyyəti orqanları, Milli Televiziya və Radio Şurası aparatlarının” sözləri “Azərbaycan Respublikası Audiovizual Şurası aparatlarının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyinin” sözləri ilə əvəz edilsin;
5.6. 2.1.5-ci yarımbənd üzrə:
5.6.1. 5-ci abzasdan “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının,” sözləri çıxarılsın və həmin abzasda “Milli Televiziya və Radio Şurasının aparatlarında” sözləri “Azərbaycan Respublikası Audiovizual Şurasının aparatlarında, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyində” sözləri ilə əvəz edilsin;
5.6.2. 10-cu abzasda “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikasının Audiovizual” sözləri ilə əvəz edilsin;
5.7. 2.1.6-cı yarımbəndin 2-ci abzasından “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının,” sözləri çıxarılsın və həmin abzasda “Milli Televiziya və Radio Şurasının aparatlarında” sözləri “Azərbaycan Respublikası Audiovizual Şurasının aparatlarında, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyində” sözləri ilə əvəz edilsin;
5.8. 2.3.3-cü yarımbəndin 1-ci abzasında “və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının aparatlarında” sözləri “aparatlarında, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyində” sözləri ilə, “Milli Televiziya və Radio” sözləri “Azərbaycan Respublikası Audiovizual” sözləri ilə əvəz olunsun, həmin abzasdan “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan icra hakimiyyəti orqanlarının,” sözləri çıxarılsın.
6. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddələr 477, 487, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 11, maddə 1322, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659, № 7 (I kitab), maddə 1462, № 10, maddə 2017, № 12 (I kitab), maddələr 2538, 2596; 2019, № 3, maddə 406, № 4, maddə 655, № 5, maddələr 820, 826, 848, 852, 857, № 6, maddə 1037, № 12, maddə 1936; 2020, № 1, maddə 7, № 8, maddə 1039, № 10, maddə 1247; 2021, № 1, maddələr 16, 36, № 6 ( I kitab), maddə 567, № 11, maddə 1211, № 12, maddə 1367; 2022, № 1, maddə 29, № 4, maddələr 302, 323, № 5, maddə 475, № 6, maddə 594, № 8, maddə 874, № 10, maddə 1142, № 12, maddələr 1411, 1428, 1441) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.15-ci bəndindən “, müvafiq nümayəndələrin və orqan rəhbərlərinin təqdimatı ilə,” sözləri çıxarılsın.
7. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 6, maddə 1096, № 12 (I kitab), maddə 2337; 2019, № 7, maddə 1234; 2021, № 7, maddə 732; 2022, № 1, maddə 27) ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”nın 1.1-ci bəndindən “(yerli icra hakimiyyəti orqanları, Bakı Şəhər İcra Hakimiyyəti başçısının yanında olan orqanlar, yerli icra hakimiyyəti başçılarının yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri, yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri istisna olmaqla)” sözləri çıxarılsın və həmin bəndə “Azərbaycan Respublikasının” sözlərindən əvvəl “yerli icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri və” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 2023-cü il