“Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”, “İctimai iştirakçılıq haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
08 aprel 2023, 13:15
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 13-cü, 15-ci və 16-cı bəndlərini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. “Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 8, maddə 406; 2009, № 12, maddə 971; 2011, № 6, maddə 462; 2013, № 5, maddə 484; 2018, № 6, maddə 1172; 2021, № 1, maddə 8) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 6.2-ci maddədə “efirlə və ya kabellə verilişlər” sözləri “televiziya və radio proqramlar” sözləri ilə əvəz edilsin;
1.2. 7.2.2-ci maddədə “verilişinə” sözü “proqramına” sözü ilə əvəz edilsin.
Maddə 2. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 55; 2016, № 7, maddə 1239) 13.0.5-ci maddəsində “kütləvi informasiya vasitələrində, o cümlədən teleradiokanallarda mütəmadi olaraq müvafiq verilişlərin və məlumatların yayılması” sözləri “mediada, o cümlədən televiziya və radio kanallarında mütəmadi olaraq müvafiq proqramların yayımlanması” sözləri ilə əvəz edilsin.
Maddə 3. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 3, maddə 191; 2019, № 11, maddə 1685; 2020, № 7, maddə 831; 2021, № 8, maddə 895; Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 744-VIQD nömrəli və 27 dekabr tarixli 776-VIQD nömrəli qanunları) 8.0.10-cu maddəsində “kütləvi informasiya vasitələri” sözləri “media məhsulları” sözləri ilə əvəz edilsin.
Maddə 4. “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 360; 2018, № 2, maddə 155; 2021, № 6 (I kitab), maddə 548, № 8, maddə 895) 12.3-cü maddəsində “kütləvi informasiya vasitələrindən” sözləri “mediadan” sözü ilə əvəz edilsin.
Maddə 5. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 890; 2016, № 3, maddə 428, № 11, maddə 1768, № 12, maddə 2016; 2017, № 5, maddə 739; 2018, № 11, maddələr 2187, 2200; 2019, № 1, maddə 29, № 2, maddə 201, № 6, maddə 1005; 2020, № 7, maddə 857; 2021, № 5, maddə 429; 2022, № 7, maddə 698) aşağıdakı dəyişikliklər edilsin:
5.1. 16-cı maddə üzrə:
5.1.1. 16.1.3-cü və 16.4-cü maddələrdə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
5.1.2. 16.8-ci maddənin ikinci cümləsində “kütləvi informasiya vasitəsinə” sözləri “media subyektinə” sözləri ilə əvəz edilsin;
5.2. 20.10-cu maddənin ikinci cümləsində “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin.
Maddə 6. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 1; 2016, № 6, maddə 1009; 2019, № 6, maddə 990) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1.0.2-ci və 14.1.6-cı maddələrdə “kütləvi informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə əvəz edilsin;
6.2. 14.2-ci və 16.1-ci maddələrdə “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
6.3. 15.1-ci və 15.2-ci maddələrdə “kütləvi informasiya vasitələrinə” sözləri “media subyektlərinə” sözləri ilə əvəz edilsin.
Maddə 7. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 606; 2017, № 12 (I kitab), maddə 2208; 2018, № 3, maddə 402, № 10, maddə 1964; 2019, № 6, maddə 990; 2021, № 6 (I kitab), maddə 548) 20.4.6-cı maddəsində “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin.
Maddə 8. “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 683) 19.2.2-ci maddəsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin.
Maddə 9. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 7, maddə 813; 2016, № 3, maddə 411, № 11, maddə 1756, № 12, maddə 2003; 2017, № 2, maddə 159, № 5, maddə 712, № 12 (I kitab), maddə 2222; 2018, № 5, maddə 893, № 7 (I kitab), maddə 1395; 2019, № 1, maddələr 33, 50, № 2, maddə 189, № 5, maddələr 807, 815, № 6, maddə 999, № 7, maddə 1184; 2021, № 12, maddə 1298; Azərbaycan Respublikasının 2022-ci il 20 dekabr tarixli 715-VIQD nömrəli və 30 dekabr tarixli 785-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
9.1. 1.0.8-ci maddənin ikinci cümləsində, 9.3-cü, 9.4-cü, 13.2-ci, 13.3-cü, 61.6-cı, 70.2-ci, 72.10-cu maddələrdə və 75.6-cı maddənin birinci cümləsində “kütləvi informasiya vasitələrində” sözləri “mediada” sözü ilə əvəz edilsin;
9.2. 8.3-cü maddədə “kütləvi informasiya vasitələri” sözləri “media” sözü ilə əvəz edilsin;
9.3. 78.4.4-cü maddədə “kütləvi informasiya” sözləri “media” sözü ilə əvəz edilsin.
Maddə 10. “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 562; 2022, № 7, maddə 691) 9.2-ci maddəsində “verilişlərinin” sözü “proqramlarının” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 fevral 2023-cü il