Azad Sultanov və Orxan Həbibovdan, Bakı, Azərbaycan
08 aprel 2023, 13:12
Hörmətli cənab Prezident.
Biz Sizin Ali Baş Komandanlığınızla 44 günlük Vətən müharibəsində iştirak etmişik və yaralanmışıq. Hazırda müavinət və Prezident təqaüdü alırıq.
Cənab Prezident, göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkürümüzü bildiririk.
Bu il “Heydər Əliyev İli” olduğuna görə çox sevinirik. Siz Ulu Öndərin siyasi kursunu böyük uğurla həyata keçirirsiniz. Biz daim Sizin yanınızdayıq.
Cənab Prezident, fürsətdən istifadə edərək Sizə cansağlığı, dövlətimizin inkişafı naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Tanrı Sizi və Vətənimizi qorusun!
Hörmətlə,
Sultanov Azad və Həbibov Orxan
Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi.