Vüsal Cəfərovdan, Tərtər, Azərbaycan
Text size
05 aprel 2023, 16:47
Möhtərəm cənab Prezident.
Mən şəhid ailəsinin üzvüyəm. Qardaşım Birinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuşdur.
Bu məktubum vasitəsilə, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Mən əvvəllər işsiz idim. Sözün düzü münasib iş tapmaqda çətinlik çəkirdim və bununla əlaqədar Sizə müraciət ünvanlamışdım. Müraciətimə diqqətlə yanaşıldı və mən işlə təmin olundum.
Cənab Prezident, biz çox şadıq ki, dövlətimiz etibarlı əllərdədir.
Ulu Tanrı Sizə və ailənizə yar olsun.
Hörmətlə,
Cəfərov Vüsal, şəhid ailəsinin üzvü.
Azərbaycan Respublikası, Tərtər şəhəri.