Tofiq Mehdiyevdən, Bakı, Azərbaycan
08 sentyabr 2012, 19:30
Əziz və möhtərəm Prezident!
Mən Sizə bu məktubu Qubadlı, Laçın ağsaqqalları adından yazıram. Azərbaycanın vətənpərvər oğlu Ramil Səfərovu ölkəmizə ekstradisiya etdirib Sərəncamla əfv etməyinizə görə Sizə sonsuz minnətdarlığımızı, təşəkkürümüzü, məhəbbətimizi bildiririk.
Bu addımınızla Siz xalqımıza sonsuz sevinc, işğal altındakı torpaqlarımızın azad olunması yolunda böyük ümid bəxş etdiniz.
Biz gözəl anlayırıq ki, bu olduqca ağır, beynəlxalq səviyyədə həlli müşkül olan bir iş idi. Siz bir daha sübut etdiniz ki, ən böyük vətənpərvər, millətsevər rəhbər şəxsən məhz Sizsiniz. Allahdan ulu öndərimiz Heydər Əliyevə rəhmət diləməklə onun ləyaqətli davamçısı Sizlərə cansağlığı, ölkəmizin çiçəklənməsi, xalqımızın rifahının daha da yüksəldilməsi, Qarabağımızın azad edilməsi yolunda daha böyük müvəffəqiyyətlər arzu edirik. Allah Sizi qorusun!
Dərin hörmət və ehtiramla,
Mehdiyev Tofiq Şəfayət oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri.