Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
29 mart 2023, 15:51
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 25-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 787; 2014, № 10, maddə 1155, № 11, maddə 1368; 2016, № 11, maddə 1791; 2017, № 3, maddə 339, № 7, maddə 1303, № 8, maddə 1510; 2018, № 1, maddə 30, № 11, maddə 2211, № 12 (I kitab), maddə 2521; 2019, № 1, maddə 30, № 5, maddə 814, № 8, maddə 1383; 2020, № 5, maddə 522, № 7, maddə 832, № 12 (I kitab), maddə 1438; 2021, № 11, maddə 1204, № 12, maddə 1315; Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 678-VIQD nömrəli, 27 dekabr tarixli 774-VIQD nömrəli və 30 dekabr tarixli 789-VIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 8.0.22-ci maddə ləğv edilsin;
1.2. 234-cü maddə üzrə:
1.2.1. adından “və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının” sözləri çıxarılsın;
1.2.2. 234.2-ci maddə ləğv edilsin;
1.3. 244.5-ci maddədən “, icazə blankına görə dövlət rüsumu isə xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində” sözləri çıxarılsın.
Maddə 2. Bu Qanun 2023-cü il martın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 fevral 2023-cü il