30 mart 2023, 17:03

Nəzakət Məmmədovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Ulu Öndərimiz Heydər Əliyevin təsis etdiyi Respublika Xatirə Kitabı şəhid və itkin düşmüş vətəndaşlarımızın xatirəsini xalqımızın yaddaşında əbədiləşdirir.

Respublika Xatirə Kitabının baş redaktoru və bir ana kimi Sizə minnətdarlığımı bildirirəm ki, xidmətlərimi nəzərə alıb məni “Tərəqqi” medalı ilə, 44 günlük Vətən müharibəsində şücaət göstərmiş Müdafiə Nazirliyinin zabiti olan oğlum Ramil Səfərlini isə “Rəşadət” ordeni ilə təltif etmisiniz.

Hörmətlə,

Məmmədova Nəzakət,

Respublika Xatirə Kitabının baş redaktoru.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.