Rahilə Mehtiyevadan, Bakı, Azərbaycan
Text size
17 mart 2023, 18:33
Çox hörmətli cənab Prezident!
Məni layiq gördüyünüz “Tərəqqi” medalına görə Sizə sonsuz təşəkkürümü ifadə edirəm.
“Heydər Əliyev İli”ndə Sizin ictimai və media sahəsində çalışan qadınlara, o cümlədən mənə göstərdiyiniz bu qayğı ömrümün unudulmaz bir səhifəsi oldu. Qarabağı bizə qaytaran Ali Baş Komandan kimi, Qarabağı yenidən quran Prezident kimi Sizə, həm Azərbaycan vətəndaşı, həm də bir qarabağlı, tərtərli olaraq, öz minnətdarlığımı bildirirəm.
Tanrı Sizi qorusun!
Hörmətlə,
Mehtiyeva Rahilə İbrahim qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.