İlham Süleymanovdan, Qazax, Azərbaycan
08 sentyabr 2012, 18:45
Zati-aliləri, cənab Prezident!
Siz Azərbaycanın mərd oğlu Ramil Səfərovu əfv edərək onun üzərindən ömürlük həbs cəzasını götürdüyünüz üçün biz Qazax rayonunda yaşayan dindarlar ürəkdən sevindik. Bu Sizin gərgin əməyiniz, diplomatik məharətiniz sayəsində mümkün oldu. Çox təəssüf ki, dünyamızda bəzən haqqı nahaqqın ayağına verirlər. Ramili cəzalandıranlar da belə hərəkət etmişdilər. Onlar mərdi qova-qova namərdə çevirənin təqsirini hesaba almamışdılar. Bizi ağrıdan bax bu ədalətsizlik idi. Ədalətsizliyə isə Siz son qoydunuz. İnşallah Qarabağımızla bağlı ədalətsizliyə də son qoyacaqsınız. Bunun üçün biz hər gün Sizə dualar edirik. Allah Sizi qorusun!
Hörmətlə,
Süleymanov İlham Alı oğlu,
Cümə məscidinin imamı.
Azərbaycan Respublikası, Qazax şəhəri.