Dərgah Əliyevdən, Qobustan, Azərbaycan
08 sentyabr 2012, 18:35
Hörmətli cənab Prezident!
Ramil Səfərovu əfv etdiyinizə görə Qobustan şəhər Cümə məscidi dini icması və dindarlar adından Sizə təşəkkür edirik.
Buna görə biz Sizə dualar etmişik. Allah Sizi qorusun. Sizin bu addımınız xalqımıza başucalığı gətirdi. Siz dəfələrlə demisiniz ki, Azərbaycan xalqı sülhsevər xalqdır. Bizim heç kimin bir qarış torpağında gözümüz yoxdur. Eyni zamanda, bir qarış torpağımızı da heç kimə güzəştə getməyəcəyik. Ramili uzaq Macarıstandan vətənə gətirib əfv etməklə Siz bu fikirlərinizdə qəti olduğunuzu bir daha təsdiqlədiniz. Allah bütün nəcib işlərinizdə Sizə yar olsun!
Dərin hörmətlə,
Əliyev Dərgah Saatxan oğlu.
Azərbaycan Respublikası, Qobustan şəhəri.