Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
![icon-size](https://static.president.az/assets/layout/plus-29bdb745b7e03df2edf34e54621ea79f495546491e26b6315e34d68aefee8cb9.png)
![icon-size](https://static.president.az/assets/layout/minus-72faf4c7a0e85fff0240bc88593d5e5cca0144def30f69c96aaf17cb4a6dc5d6.png)
07 mart 2023, 16:15
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 yanvar tarixli 1253 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 23) ilə təsdiq edilmiş “Qarabağ Dirçəliş Fondunun Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1-ci bənddə “ölkə daxilində və ölkə xaricində” sözləri “görülən işlərlə bağlı ölkə daxilində və ölkə xaricində informasiya təminatını, maarifləndirmə və” sözləri ilə əvəz edilsin.
2. Aşağıdakı məzmunda 3.2.10-1-ci yarımbənd əlavə edilsin:
“3.2.10-1. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin razılığı ilə publik hüquqi şəxs yaratmaq;”.
3. 3.2.11-ci yarımbəndə “nəşrlər buraxmaq” sözlərindən sonra “, habelə Azərbaycan Respublikası Prezidentinin razılığı ilə media subyekti təsis etmək” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2023-cü il