Dinara İbrahimlidən, Gəncə, Azərbaycan
Text size
09 mart 2023, 13:27
Hörmətli cənab Prezident.
Mən Gəncə şəhər sakini olaraq, idmana və idmançılara göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdaram.
Mən idmanın ağır atletika növü üzrə dəfələrlə Azərbaycan çempionu olmuşam, milli komandanın üzvüyəm. Bir xanım idmançı olaraq ən böyük arzum xarici ölkələrdə təşkil olunan beynəlxalq yarışlarda qələbə qazanaraq üç rəngli bayrağımızı dalğalandırmaqdır.
Ulu Tanrı hər zaman Sizi və ailənizi qorusun, cənab Prezident.
Hörmətlə,
İbrahimli Dinara Hidayət qızı,
Ağır atletika üzrə Azərbaycan çempionu.
Azərbaycan Respublikası, Gəncə şəhəri.