Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 9 aprel tarixli 606 nömrəli, “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2012-ci il 24 aprel tarixli 613 nömrəli, “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2012-ci il 9 iyul tarixli 680 nömrəli, “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” 2012-ci il 29 noyabr tarixli 758 nömrəli, “2012-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bosniya və Herseqovinanın Mülki İşlər Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 19 dekabr tarixli 784 nömrəli, “Gənclər üçün Prezident Mükafatının təsis edilməsi haqqında” 2013-cü il 2 iyul tarixli 934 nömrəli, “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 8 iyul tarixli 938 nömrəli və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2013-cü il 8 iyul tarixli 939 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
03 mart 2023, 16:16
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 285; 2021, № 6 (I kitab), maddə 573) 3.3-cü bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 24 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 292; 2017, № 1, maddə 50; 2018, № 9, maddə 1840, № 11, maddə 2263; 2019, № 3, maddə 430, № 5, maddə 823; 2020, № 8, maddə 1042; 2022, № 5, maddə 475, № 9, maddə 1028) ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyinə dair Dövlət Proqramı”nın “8. Dövlət Proqramının həyata keçirilməsi üzrə “Tədbirlər Planı” hissəsinin 8.3.2-ci yarımbəndinin “İcraçı qurumlar” sütununda “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419; 2019, № 5, maddə 847, № 12, maddə 1936; 2020, № 7, maddə 895, № 8, maddə 1036; 2021, № 6 (I kitab), maddə 566, № 8, maddə 922; 2022, № 6, maddə 599) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın 1.3-cü və 2.3-cü bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 689; 2013, № 6, maddə 633; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 786, 802, № 7, maddə 1362; 2019, № 3, maddə 401; 2020, № 2, maddə 106, № 6, maddə 698; 2021, № 2, maddə 123) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin Nizamnaməsi”nin 1.5-ci, 4.15-ci bəndlərində və 6.1-ci bəndinin ikinci abzasında “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.
5. “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 275-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 noyabr tarixli 758 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 11, maddə 1118; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 12 yanvar tarixli 1963 nömrəli Fərmanı) 1.2.2-ci və 1.4.2-ci yarımbəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.
6. “2012-ci il oktyabrın 18-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Bosniya və Herseqovinanın Mülki İşlər Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 dekabr tarixli 784 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 12, maddə 1258) 2-ci hissəsində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 799; 2018, № 5, maddə 951; 2019, № 6, maddə 1052) ilə təsdiq edilmiş “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi”nin 3.1.1-ci yarımbəndində və 4.2-ci bəndində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.
8. “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 803; 2014, № 9, maddə 1050, № 11, maddələr 1382, 1413, № 12, maddə 1588; 2015, № 10, maddə 1121; 2016, № 6, maddələr 1020, 1044, № 11, maddə 1827; 2018, № 7 (I kitab), maddə 1476; 2019, № 7, maddə 1240; 2020, № 6, maddə 703; 2021, № 1, maddə 36) 5.13-cü və 5.17-2-ci bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.
9. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 804; 2016, № 11, maddə 1803; 2017, № 5, maddələr 787, 802, № 7, maddə 1363; 2018, № 4, maddə 698; 2019, № 3, maddə 401; 2020, № 2, maddə 106, № 6, maddə 698, № 7, maddə 868; 2021, № 2, maddə 123) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”nin 1.4-cü, 4.13-cü, 4.17-ci, 6.13-cü və 6.14-cü bəndlərində “Təhsil” sözü “Elm və Təhsil” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2023-cü il