Zeynəb Əhmədovadan, Saatlı, Azərbaycan
08 sentyabr 2012, 17:30
Hörmətli cənab Prezident!
Sizin qeyrətli soydaşımız Ramil Səfərovun uzaq Macarıstan həbsxanasından Vətənə gətirilərək azadlığa buraxılmasına nail olmağınız çox böyük tarixi hadisədir. Bu qərarınız ölkəmizin hər yerində böyük ruh yüksəkliyi yaratmış, sevincə səbəb olmuş, torpaqlarımızın işğaldan azad ediləcəyinə inamımızı artırmışdır. Bu günlərdə bütün xalqımız sevinc içindədir. Bu sevinci bizə bəxş etdiyinizə görə kollektivimiz adından Sizə dərin təşəkkürümüzü bildiririk. Bu nəcib əməlinizlə bir daha sübut etdiniz ki, doğrudan da Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. Sizə başladığınız bütün işlərdə uğurlar arzu edirik.
Hörmətlə,
Zeynəb Əhmədova, mədəniyyət işçisi.
Azərbaycan Respublikası, Saatlı rayonu, Qırağlı kəndi.