logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Lamiyə Quliyevadan, Bakı, Azərbaycan

Text size icon-size icon-size

02 mart 2023, 13:10

Hörmətli cənab Prezident.

Siz hər zaman müəllimlərə xüsusi qayğı ilə yanaşırsınız. Bu, biz müəllimləri çox sevindirir.

“Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında” 2023-cü il 23 fevral tarixli Sərəncamınız əhval-ruhiyyəmizi daha da yaxşılaşdırmışdır. Müəllim adının uca tutulduğu bir ölkənin vətəndaşı olmaq və orada müəllim çalışmaq çox gözəl duyğudur.

Əziz Prezidentimiz, Sizin qayğınızı həmişə hiss etmişik. Bunun üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Lamiyə Quliyeva

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi