Brilyant Yusifovadan, Sumqayıt, Azərbaycan
Text size
27 fevral 2023, 18:06
Hörmətli cənab Prezident.
Sizi ehtiramla salamlayırıq. Sizin diqqət və qayğı ilə əhatə etdiyiniz təhsil müəssisələrində çalışan təhsil işçilərinə verdiyiniz yüksək dəyər gələcəyimizə əsaslı təminatdır.
Sizin uzaqgörən siyasətinizə inanan, tezliklə doğma yurda qayıtmaq həvəsi ilə çalışan Füzuli rayon 7 nömrəli tam orta məktəbin kollektivi adından fevralın 23-də imzaladığınız Sərəncama əsasən təhsil işçilərinin vəzifə maaşlarının artırılmasına görə Sizə təşəkkürümü bildirirəm.
Hörmətlə,
Yusifova Brilyant Fehruz qızı
Füzuli rayon sakini
Azərbaycan Respublikası, Sumqayıt şəhəri.