Günel Kazımova və Münəvvər Əzimovadan, Bakı, Azərbaycan
25 fevral 2023, 14:22
Hörmətli cənab Prezident.
Ümummilli lider Heydər Əliyevin “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” sözlərinin təsdiqi və Ulu Öndər siyasətinin davamı olaraq biz müəllimlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində imzaladığınız bütün sərəncamları bəyənirik və dəstəkləyirik.
Biz müəllimləri daim diqqət mərkəzində saxlamağınız qürurvericidir. Təhsil işçilərinin əməkhaqlarının növbəti dəfə artırılması bizi çox sevindirdi. Buna görə kollektivimiz adından Sizə təşəkkürümüzü bildiririk.
Hörmətlə,
Kazımova Günel - Füzuli rayon 50 nömrəli tam orta məktəbin direktoru
Əzimova Münəvvər - məktəbin təşkilatçısı
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi.