Mübariz Məmmədovdan, Gəncə, Azərbaycan
23 fevral 2023, 13:43
Hörmətli cənab Prezident.
Mən bir Qarabağ müharibəsi əlili kimi, Sizə minnətdarlığımı bildirirəm. Sizin göstərişiniz və imzaladığınız sərəncamlar əsasında bu gün şəhid ailələrinə və müharibə əlillərinə böyük diqqət vardır. Bu kateqoriyalardan olan vətəndaşlar mənzillə və avtomobillə təmin olunurlar. Bu yaxınlarda, xahişim nəzərə alınaraq mən torpaq sahəsi ilə təmin olunmuşam. Mənə və ailəmə göstərilən diqqətə görə Sizə təşəkkür edirəm. Hər zaman Sizi dəstəkləyəcəyik.
Siz adınızı Azərbaycan tarixinə əbədi həkk etdirdiniz. Otuz il düşmən tapdağı altında olan Qarabağı müzəffər Ordumuzla azad edərək, xalqımızı hədsiz sevindirdiniz. Sizə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhid olan şəxslərə, müharibə əlillərinə xalqımız hər zaman minnətdarlıq hissi duyacaqdır.
Yolunuz hər zaman uğurlu olsun, cənab Prezident.
Hörmətlə,
Mübariz Məmmədov
Qarabağ müharibəsi əlili
Azərbaycan Respublikası, Gəncə şəhəri.