Qalib Qasımov və Nurlana Əliyevadan, Gəncə, Azərbaycan
21 fevral 2023, 18:40
Hörmətli cənab Prezident.
Sizin diqqət və qayğınız nəticəsində ölkəmiz gündən-günə inkişaf edir. Bu inkişaf hesabına əhalinin güzəranı da yaxşılaşır.
Bu məktubu yazmaqla Sizə dərin təşəkkürümüzü bildirmək istəyirik. Şəhid ailələri, müharibə əlilləri, həmçinin aztəminatlı ailənin üzvləri dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmuşlar. Biz də arabir ortaya çıxan problemlərimizlə əlaqədar müraciət edir və müsbət nəticəsini görürük. Dövlət qurumlarında vətəndaşlara olan münasibət, onlara göstərilən xidmət səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşmışdır.
Əziz Prezidentimiz, odur ki, Sizə dərin minnətdarlığımızı bildiririk.
Allah köməyiniz olsun.
Hörmətlə,
Qalib Qasımov
Nurlana Əliyeva
Azərbaycan Respublikası, Gəncə şəhəri.