logo

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Güldadaş Dadaşovdan, Abşeron, Azərbaycan

Text size icon-size icon-size

20 fevral 2023, 13:55

Möhtərəm cənab Prezident.

Ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması istiqamətində görülən davamlı tədbirlər, məqsədyönlü işlər ümumilikdə əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə rəvac verir.

Sizin tərəfinizdən yürüdülən sosial siyasəti mən bir vətəndaş olaraq bəyənir və dəstəkləyirəm. Özüm əliləm və əlilliyim təmin olunmuşdur. Müstəqil və doğma Vətənimdə firavan yaşayıram və gələcəyə böyük ümidlərlə baxıram.

Əziz Prezidentimiz, dövlətimiz və xalqımız üçün gördüyünüz böyük işlərə görə Sizə dərin təşəkkürümü bildirir, uzun ömür, cansağlığı və çətin işlərinizdə yeni uğurlar arzulayıram.

Yaşasın Azərbaycan dövləti!

Yaşasın müstəqil Azərbaycan!

Yaşasın Müzəffər Ali Baş Komandan!

Hörmətlə,

Güldadaş Dadaşov

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi